# "Netflix" parol paylaşımını dayandırır?

**Mehman Mirzəzadə** · *2023-07-20T10:59:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/netflix-parol-paylasimini-dayandirir/13696)

![&quot;Netflix&quot; parol paylaşımını dayandırır?](https://operativmm.az/storage/posts/5b668db42206929.webp)

> Dünyanın ən nəhəng platformalarından biri "Netflix" Hindistanda parol paylaşımını dayandırdığını açıqlayıb. Şirkət, hadisəni gəlirlərin azalması ilə...

---

Dünyanın ən nəhəng platformalarından biri "Netflix" Hindistanda parol paylaşımını dayandırdığını açıqlayıb.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xarici KİV-ə istinadən xəbər verir ki, şirkət, hadisəni gəlirlərin azalması ilə əlaqələndirib.

Belə ki, "Netflix" hesablardan yalnız eyni evdə yaşayan insanlar tərəfindən istifadə edilməli olduğunu vurğulayıb. Qaydanı pozanlara isə e-mail vasitəsilə xəbərdarlıq edəcəyini bildirib.

Mayda platforma ABŞ, Fransa və Böyük Britaniya kimi böyük bazarlarda şifrə mübadiləsini dayandırıb. Lakin əlavə ödəniş etməklə kənardan üzv daxil etməyin mümkün olduğu qeyd olunub.

---

Tags: #şirkət #netflix #nəhəng #şifrə #parol

Source: https://operativmm.az/az/post/netflix-parol-paylasimini-dayandirir/13696
