# “Netflix”in işində problemlər yaranıb

**Əli Məmmədli** · *2023-03-02T13:55:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/netflix-in-isinde-problemler-yaranib/2456)

![“Netflix”in işində problemlər yaranıb](https://operativmm.az/storage/posts/add25a7f240ff66.webp)

> ABŞ-nin multimedia şirkəti “Netflix”in işində fasilələr yaranıb. Bu barədə məşhur internet resurslarının işini izləyən “Downdetector portalı məlumat...

---

**ABŞ-nin multimedia şirkəti “Netflix”in işində fasilələr yaranıb.**

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, bu barədə məşhur internet resurslarının işini izləyən “Downdetector portalı məlumat yayıb.

Bildirilib ki, 1,8 minə yaxın istifadəçi “Netflix”in işindən şikayət edib.

İstifadəçilərin 67%-i saytda nasazlıqlar olduğunu, 25%-i videoya baxarkən çətinliklə üzləşdiyini, daha 9%-i isə xidmət proqramına daxil olmaqda problem yarandığını deyiblər.

---

Tags: #abş #internet #şikayət #netflix #fasilələr #multimedia

Source: https://operativmm.az/az/post/netflix-in-isinde-problemler-yaranib/2456
