# "Netflix" Cənubi Koreya məzmunlarına böyük məbləğdə sərmayə qoyub

**Mehman Mirzəzadə** · *2023-04-25T10:55:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/netflix-cenubi-koreya-mezmunlarina-boyuk-meblegde-sermaye-qoyub/6674)

![&quot;Netflix&quot; Cənubi Koreya məzmunlarına böyük məbləğdə sərmayə qoyub](https://operativmm.az/storage/posts/a38591406b18c42.webp)

> Nəhəng yayım platforması "Netflix" Cənubi Koreya istehsalı olan ekran işlərinə 2.5 milyon dollar dəyərində sərmayə qoyacaq. Bu barədə şirkətin icraçı...

---

Nəhəng yayım platforması "Netflix" Cənubi Koreya istehsalı olan ekran işlərinə 2.5 milyon dollar dəyərində sərmayə qoyacaq.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin icraçı direktoru bildirib.

Belə ki, icraçı direktor Ted Sarandos bu məlumatı Cənubi Koreya prezidenti ilə görüş zamanı açıqlayıb.

Sarandors "Netflix"-in məzmunlardan böyük qazanc əldə etdiyini və Cənubi Koreyaya bu mövzuda çox güvəndiyini qeyd edib.

Xatırladaq ki, "Netflix" Cənubi Koreya istehsalı olan "Squid Game" ilə böyük uğur əldə edib.

---

Tags: #kiv #cənubikoreya #dollar #yayım #direktor #netflix #nəhəng

Source: https://operativmm.az/az/post/netflix-cenubi-koreya-mezmunlarina-boyuk-meblegde-sermaye-qoyub/6674
