# Naxçıvanda ilk dəfə müəllimlərin sertifikasiyası imtahanı keçiriləcək

**Afət Ziyadqızı** · *2024-04-18T13:39:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/naxcivanda-ilk-defe-muellimlerin-sertifikasiyasi-imtahani-kecirilecek/30570)

![Naxçıvanda ilk dəfə müəllimlərin sertifikasiyası imtahanı keçiriləcək](https://operativmm.az/storage/posts/25657c069d219ee.webp)

---

Bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasında da ilk dəfə təhsilverənlərin sertifikatlaşdırma imtahanı keçiriləcək.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib.

Onun sözlərinə görə, dəqiq tarix məlum olmasa da, Bakıda baş tutacaq imtahanla bir-iki gün fərqi ilə də olsa, baş tutacaq: "Bundan başqa, Naxçıvanda ilk dəfə IV və VI sinif şagirdləri üçün yoxlama keçiriləcək".

---

Tags: #hesabat #naxçıvan #muxtar #təhsil #bağırov #məktəbəqədər #eşqi

Source: https://operativmm.az/az/post/naxcivanda-ilk-defe-muellimlerin-sertifikasiyasi-imtahani-kecirilecek/30570
