# NATO Kosovadakı qoşunlarının sayını artırır

**Əli Məmmədli** · *2023-09-30T11:48:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/nato-kosovadaki-qosunlarinin-sayini-artirir/18152)

![NATO Kosovadakı qoşunlarının sayını artırır](https://operativmm.az/storage/posts/2e2f09c7d3b1894.webp)

> NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələrinin (KFOR) şəxsi heyətinin sayı artırılacaq. Bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib. Baş katib NATO-nun...

---

NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələrinin (KFOR) şəxsi heyətinin sayı artırılacaq.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

Baş katib NATO-nun Kosovodakı vəziyyəti müzakirə etdiyini, KFOR-un şəxsi heyətinin sayının artırılması ilə bağlı qərarın qəbul olunduğunu bildirib. Yens Stoltenberq Kosovo vətəndaşlarının təhlükəsizliyinin və hərəkət azadlığının təmin olunması üçün bütün lazımi addımların atılacağını, bunun qərəzsiz və BMT-nin verdiyi səlahiyyətlər çərçivəsində həyata keçiriləcəyini qeyd edib.

---

Tags: #başkatibi #nato #yens #stoltenberq #kosovo

Source: https://operativmm.az/az/post/nato-kosovadaki-qosunlarinin-sayini-artirir/18152
