# Murad Məmmədov “Pafos”un “Aris”lə oyununda meydana çıxdı

**OMM Redaksiyası** · *2026-11-29T23:01:42+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/murad-memmedov-pafosun-arisle-oyununda-meydana-cixdi/89365)

![Murad Məmmədov “Pafos”un “Aris”lə oyununda meydana çıxdı](https://operativmm.az/storage/posts/murad-memmedov-pafosun-arisle-oyununda-meydana-cixdi-075e82.webp)

> Azərbaycan millisinin futbolçusu Kipr çempionatının 11-ci turunda ehtiyat oyunçular skamyasından meydana daxil olub. “Pafos” doğma meydanda Limassolun “Aris” komandasını qəbul edib.

---

Azərbaycan millisinin futbolçusu Murad Məmmədov Kipr çempionatının 11-ci turunda “Pafos”un heyətində növbəti oyununu keçirib. Komanda doğma meydanda Limassol təmsilçisi “Aris”lə qarşılaşıb.

Görüşə ehtiyat oyunçular skamyasında başlayan Məmmədov 17-ci dəqiqədə meydana daxil olub. O, braziliyalı Bruno Felipeni əvəzləyib.

Qarşılaşmanın 32-ci dəqiqəsində Qustavo Paje fərdi ustalığı ilə “Aris”i hesabda önə çıxarıb.

“Pafos” 11 oyundan sonra 19 xalla Kipr çempionatının turnir cədvəlində altıncı yerdədir.

Murad Məmmədov noyabrın 26-da UEFA Konfrans Liqasında Danimarkanın “Midtyulland” komandasına qarşı da meydana çıxıb. Həmin oyunda “Pafos” 0:2 hesabı ilə uduzub.

“Neftçi”nin yetirməsi olan 20 yaşlı futbolçunun Kipr klubu ilə müqaviləsi 2030-cu ilin iyununa qədərdir.

---

Tags: #aris #pafos #MuradMəmmədov #Kiprçempionatı

Source: https://operativmm.az/az/post/murad-memmedov-pafosun-arisle-oyununda-meydana-cixdi/89365
