# Misir Mərdanov xəstəxanaya yerləşdirildi

**Mehman Mirzəzadə** · *2025-06-10T15:40:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/misir-merdanov-xestexanaya-yerlesdirildi/54415)

![Misir Mərdanov xəstəxanaya yerləşdirildi](https://operativmm.az/storage/posts/0966d581dfb0169.webp)

> Sabiq təhsil naziri, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanovun səhhətində problem yaranıb. Eks-nazir xəstəxanaya yerləşdirilib və...

---

**Sabiq təhsil naziri, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanovun səhhətində problem yaranıb.**

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) Modern.az-a istinadən xəbər verir ki, eks-nazir xəstəxanaya yerləşdirilib və hətta əməliyyat olunub.

**M.Mərdanov hazırda xəstəxanada olduğunu təsdiqləyib:** “Hazırda xəstəxanadayam, amma ciddi bir əməliyyat keçirməmişəm. Bu gün xəstəxanadan çıxacağam. Səhhətimdə elə bir böyük problem yoxdur. Narahatlığa əsas yoxdur. İnşallah, sabah işdə olacağam”.

Qeyd edək ki, M.Mərdanov 1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru, 1997-1998-ci illərdə rektoru olub.
1998-ci ildən 2013-cü ilin aprelinədək Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb.

M.Mərdanov hazırda Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş Riyaziyyat və Mexanika İnstitunun direktoru vəzifəsində çalışır.

---

Tags: #qərbiazərbaycan #təhsilnazirliyi #modern #mərdanov #çıxacağam

Source: https://operativmm.az/az/post/misir-merdanov-xestexanaya-yerlesdirildi/54415
