# Mirzoyandan Azərbaycan-Ermənistan anklavları ilə bağlı açıqlama

**Aidə Qurbanlı** · *2026-10-15T11:27:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/mirzoyandan-azerbaycan-ermenistan-anklavlari-ile-bagli-aciqlama/82600)

![Mirzoyandan Azərbaycan-Ermənistan anklavları ilə bağlı açıqlama](https://operativmm.az/storage/posts/mirzoyandan-azerbaycan-ermenistan-anklavlari-ile-bagli-aciql-221150.webp)

> Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sərhədlərin delimitasiyası çərçivəsində yaşayış məntəqələrinin qarşılıqlı dəyişdirilməsinin mümkünlüyünü açıqlayıb.

---

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakı ilə İrəvan arasında anklavlar və eksklavların mübadiləsini istisna etməyib.

[“Operativ Məlumat Mərkəzi-OMM”](https://operativmm.az/az) xəbər verir ki, XİN rəhbəri bunu “Sputnik Armenia”nın sualına cavab olaraq bildirib.

O, bunu ehtimal olunan variantlardan biri adlandırıb.

Mirzoyan qeyd edib ki, anklavlar mübadilə edilə bilər, başqa seçimlər də mümkündür.

---

Tags: #ermənistan #azərbaycan #ararat #mirzoyan #xariciişlər

Source: https://operativmm.az/az/post/mirzoyandan-azerbaycan-ermenistan-anklavlari-ile-bagli-aciqlama/82600
