# Mirzoyan: Ermənistanla Azərbaycan arasında eskalasiya riski minimaldır

**Mehman Mirzəzadə** · *2025-09-10T16:57:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/mirzoyan-ermenistanla-azerbaycan-arasinda-eskalasiya-riski-minimaldir/59319)

![Mirzoyan: Ermənistanla Azərbaycan arasında eskalasiya riski minimaldır](https://operativmm.az/storage/posts/f608ad21479fbeb.webp)

> Hətta sülh müqaviləsi imzalansa belə, yaxın vaxtlarda sülhün tam və qəti bərqərar olmasından danışmaq olmaz. Bu barədə Ermənistanın xarici işlər naziri...

---

Hətta sülh müqaviləsi imzalansa belə, yaxın vaxtlarda sülhün tam və qəti bərqərar olmasından danışmaq olmaz.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə bildirib.

Mirzoyanın sözlərinə görə, hazırda tərəflər arasında eskalasiya riski minimaldır.

O qeyd edib ki, buna baxmayaraq, bir sıra həll olunmamış məsələlər qalır, bunların arasında saxlanılanların məsələsi də var.

---

Tags: #sülh #azərbaycan #xin #mirzoyan #bərqərar #risk #qəti

Source: https://operativmm.az/az/post/mirzoyan-ermenistanla-azerbaycan-arasinda-eskalasiya-riski-minimaldir/59319
