# Messi və Suaresin assistləri “İnter Mayami”nin qələbəsinə kömək etdi

**OMM Redaksiyası** · *2026-10-15T05:55:27+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/messi-ve-suaresin-assistleri-inter-mayaminin-qelebesine-komek-etdi/82553)

![Messi və Suaresin assistləri “İnter Mayami”nin qələbəsinə kömək etdi](https://operativmm.az/storage/posts/messi-ve-suaresin-assistleri-inter-mayaminin-qelebesine-kome-ecc8e4.webp)

> “İnter Mayami” MLS-də “Nyu-York Siti”ni 2:0 hesabı ilə məğlub edib. Lionel Messi və Luis Suares qollardan birinə məhsuldar ötürmə verib.

---

MLS-də “İnter Mayami” doğma meydanda “Nyu-York Siti”ni qəbul edib və 2:0 hesabı ilə qalib gəlib. Mayamidəki “Nu Stadium”da keçirilən görüşdə hesabı 20-ci dəqiqədə Herman Berterame açıb. Rodriqo De Paul 45+5-ci dəqiqədə fərqi artıraraq yekun nəticəni müəyyənləşdirib.

Qalib komandanın hücumçusu Luis Suares və Lionel Messi görüşdə məhsuldar ötürmə ilə yadda qalıblar. “Nyu-York Siti”nin yarımmüdafiəçisi Nikolas Fernandes isə 90+7-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Bu qələbə “İnter Mayami” üçün MLS-də ardıcıl ikinci uğur olub. “Nyu-York Siti” isə dalbadal ikinci dəfə uduzub və artıq dörd oyundur qələbə qazana bilmir.

Növbəti turda “İnter Mayami” oktyabrın 18-də səfərdə “Atlanta Yunayted”lə qarşılaşacaq. Həmin gün “Nyu-York Siti” öz meydanında “Los-Anceles”i qəbul edəcək.

---

Tags: #LionelMessi #İnterMayami #LuisSuares #MLS

Source: https://operativmm.az/az/post/messi-ve-suaresin-assistleri-inter-mayaminin-qelebesine-komek-etdi/82553
