# Messi Argentina millisinin düşərgəsinə qoşuldu

**OMM Redaksiyası** · *2026-10-05T04:38:22+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/messi-argentina-millisinin-dusergesine-qosuldu/80952)

![Messi Argentina millisinin düşərgəsinə qoşuldu](https://operativmm.az/storage/posts/messi-argentina-millisinin-dusergesine-qosuldu-1dc836.webp)

> Lionel Messi Argentina yığmasının məşq bazasına gəlib. O, milli komandada vida matçına qədər son günlərini burada keçirəcək.

---

“İnter Mayami”nin kapitanı Lionel Messi Argentina millisinin məşq bazasına gəlib. 39 yaşlı futbolçu yığma ilə vida matçına qədər son günlərini burada keçirəcək.

Argentina millisi oktyabrın 7-nə keçən gecə Benin yığması ilə qarşılaşacaq. Görüş Buenos-Ayresdəki “Monumental” stadionunda keçiriləcək.

Messi Argentina yığmasının heyətində 2022-ci ildə dünya çempionu, 2021 və 2024-cü illərdə Amerika kubokunun, 2022-ci ildə isə Finalissimаның qalibi olub. O, 2008-ci ildə Olimpiya çempionu, 2005-ci ildə gənclər arasında dünya çempionatının qalibi adını qazanıb.

Argentina millisinin kapitanı dünya çempionatında 2014 və 2026-cı illərdə gümüş medal əldə edib. Amerika kubokunda isə 2007, 2015 və 2016-cı illərdə gümüş, 2019-cu ildə bürünc mükafata sahib olub.

---

Tags: #LionelMessi #Argentinamillisi #Monumentalstadionu #Beninmillisi

Source: https://operativmm.az/az/post/messi-argentina-millisinin-dusergesine-qosuldu/80952
