# Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

**Əli Məmmədli** · *2023-10-02T18:14:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/mektebeqeder-ve-umumi-tehsil-uzre-dovlet-agentliyine-direktor-teyin-olunub/18234)

![Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub](https://operativmm.az/storage/posts/b68e83ca91092ca.webp)

> Eşqi Bağırov Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin olunub. Bu barədə elm və...

---

Eşqi Bağırov Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin olunub.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Eşqi Bağırov Elm və Təhsil Nazirliyində əmək fəaliyyətinə 2014-cü ildən İnsan resursları şöbəsinin məsləhətçisi kimi başlayıb.

Eşqi Bağırov 2016-2017-ci illərdə həmin şöbədə sektor müdiri, müdir müavini vəzifələrində, 2018-ci ildən isə şöbə müdiri vəzifəsində çalışıb. 2022-ci ildən nazirliyin Aparat rəhbərinin müavini səlahiyyətlərinin icrası ona həvalə edilib.

Eşqi Bağırov 2006-2010-cu illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavriat, 2019-2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında isə dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura təhsili alıb.

Hazırda ADA Universitetində dövlət idarəetməsi ixtisası üzrə təkrar magistratura təhsili alır.

---

Tags: #eminəmrullayev #bağırov #direktor #məktəbəqədər #təhsilnazirliyi #elm #eşqi

Source: https://operativmm.az/az/post/mektebeqeder-ve-umumi-tehsil-uzre-dovlet-agentliyine-direktor-teyin-olunub/18234
