# Mbeumo "Mançester Yunayted"ə keçməyə razılaşıb

**Mehman Mirzəzadə** · *2025-06-03T10:03:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/mbeumo-mancester-yunaytede-kecmeye-razilasib/54106)

![Mbeumo &quot;Mançester Yunayted&quot;ə keçməyə razılaşıb](https://operativmm.az/storage/posts/afa66a7e9ec8695.webp)

> 25 yaşlı hücumçu “Nyukasl” və bir sıra digər İngiltərə Premyer Liqa klublarının marağına baxmayaraq, “Mançester Yunayted”ə keçməyə qərarına gəlib....

---

**"Brentford"un futbolçusu Brayan Mbeumo "Mançester Yunayted"ə keçməyə razılaşıb.**

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı hücumçu “Nyukasl” və bir sıra digər İngiltərə Premyer Liqa klublarının marağına baxmayaraq, “Mançester Yunayted”ə keçməyə qərarına gəlib.

"Brentford" kamerunlu üçün təxminən 50 milyon funt-sterlinq almaq istəyir.

Başa çatan Premyer Liqa mövsümünün 38 matçında Mbeumo 20 qol vurub və 7 məhsuldar ötürmə edib.

---

Tags: #premyerliqa #kiv #mançesteryunayted #brayan #brentford #mbeumo

Source: https://operativmm.az/az/post/mbeumo-mancester-yunaytede-kecmeye-razilasib/54106
