# Mareska: “Mançester Siti” səfər oyunlarında təzyiqə hazır olmalıdır

**OMM Redaksiyası** · *2026-10-12T02:02:25+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/mareska-mancester-siti-sefer-oyunlarinda-tezyiqe-hazir-olmalidir/82013)

![Mareska: “Mançester Siti” səfər oyunlarında təzyiqə hazır olmalıdır](https://operativmm.az/storage/posts/mareska-mancester-siti-sefer-oyunlarinda-tezyiqe-hazir-olmal-0bf54e.webp)

> “Mançester Siti”nin baş məşqçisi Enzo Mareska “Liverpul”la matçda tribunaların yaratdığı səs-küyə münasibət bildirib. Onun sözlərinə görə, komanda səfər oyunlarında belə atmosferin öhdəsindən gəlməyi öyrənməlidir.

---

“Mançester Siti”nin baş məşqçisi Enzo Mareska İngiltərə Premyer Liqasının 6-cı turunda “Liverpul”la səfər oyunundan sonra tribunaların atmosferi barədə danışıb. “Şəhərlilər” görüşdə 3:0 hesabı ilə qalib gəlib.

“Liverpul” azarkeşləri oyun boyu rəqib komandaya mənfi münasibətlərini səs-küylə ifadə ediblər. Bu, “Mançester Siti”nin maliyyə qaydalarını pozmaqda təqsirli bilinməsindən sonra baş verib.

“Səs-küyün öhdəsindən gəlməyi öyrənməliyik, çünki o, bütün səfər oyunlarında olacaq. Öz səsimizi yaratmalıyıq. Bizim səsimiz qələbələrdir. Matçdan sonra azarkeşlərlə yaşadığımız hiss möhtəşəm idi, bizim səsimiz də məhz budur”, – BBC Sky Sports-a istinadən Mareskanın sözlərini yayıb.

“Liverpul” – “Mançester Siti” qarşılaşması oktyabrın 11-də keçirilib. Erlinq Haaland 65-ci, Ceremi Doku 68-ci, Rayan Şerki isə 78-ci dəqiqədə fərqlənib. “Liverpul”un yarımmüdafiəçisi Rayan Qravenberx 62-ci dəqiqədə qırmızı vərəqə alıb.

---

Tags: #mançestersiti #liverpul #İngiltərəPremyerLiqası #EnzoMareska

Source: https://operativmm.az/az/post/mareska-mancester-siti-sefer-oyunlarinda-tezyiqe-hazir-olmalidir/82013
