# Makron daxili işlər nazirinin istefasını rədd edib

**OMM Redaksiyası** · *2023-12-12T21:23:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/makron-daxili-isler-nazirinin-istefasini-redd-edib/22218)

![Makron daxili işlər nazirinin istefasını rədd edib](https://operativmm.az/storage/posts/955aaac83ea0c4b.webp)

> Fransanın daxili işlər naziri Gerald Darmanin dünən mübahisəli immiqrasiya qanun layihəsinin Milli Assambleya tərəfindən rədd edilməsindən sonra istefa...

---

Fransanın daxili işlər naziri Gerald Darmanin dünən mübahisəli immiqrasiya qanun layihəsinin Milli Assambleya tərəfindən rədd edilməsindən sonra istefa verməyi təklif etsə də, prezident Emmanuel Makron onun istefa tələbini qəbul etməyib.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Belə ki, aşağı palatada müzakirələrin ilk günündə qanun layihəsinin rədd edilməsi, təfərrüatları bir ildən çox müzakirə edilən və dəqiqləşdirilən hökumət üçün sarsıdıcı məğlubiyyət olub.

Senatda da səsvermədən keçən qanun Fransa ərazisində cinayət törətmiş əcnəbilərin deportasiyasını sürətləndirmək məqsədi daşıyır və bəzi hallarda sənədsiz işçilərin leqallaşdırılması tədbirləri də daxildir.

Darmanin TF1 kanalına müsahibəsində hökumətin məğlubiyyətini etiraf edib.

"Bu, əlbəttə ki, uğursuzluqdur, çünki mən polis məmurlarına, jandarmlara və hakimlərə qeyri-qanuni immiqrasiyaya qalib gəlmək üçün alətlər vermək istədim",- deyə qeyd edib.

---

Tags: #din #makron #rədd #verməyi #etsə #gerald

Source: https://operativmm.az/az/post/makron-daxili-isler-nazirinin-istefasini-redd-edib/22218
