# Lukaşenko Putin ilə görüşəcək

**Mehman Mirzəzadə** · *2024-07-25T11:23:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/lukasenko-putin-ile-gorusecek/36113)

![Lukaşenko Putin ilə görüşəcək](https://operativmm.az/storage/posts/c0ba71fb0567ccd.webp)

> Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya işgüzar səfərə gedib. Bu barədə "Belta" agentliyi məlumat verib. Məlumata görə, Lukaşenkonun Rusiya lideri...

---

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya işgüzar səfərə gedib.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, bu barədə "Belta" agentliyi məlumat verib.

Məlumata görə, Lukaşenkonun Rusiya lideri Vladimir Putinlə müxtəlif formatlarda danışıqlar planlaşdırılır.

İki dövlət başçısı Belarus-Rusiya münasibətlərinin inkişafındakı aktual məsələlər, birlik layihələrinin təşviqi, regional təhlükəsizlik mövzuları və beynəlxalq gündəmi müzakirə edəcəklər.

---

Tags: #belarus #rusiya #dövlətbaşçısı #putin #lukaşenko #belta

Source: https://operativmm.az/az/post/lukasenko-putin-ile-gorusecek/36113
