# Lukaşenko iyunun 2-4-də Çinə səfər edəcək

**Afət Ziyadqızı** · *2025-06-02T10:24:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/lukasenko-iyunun-2-4-de-cine-sefer-edecek/54021)

![Lukaşenko iyunun 2-4-də Çinə səfər edəcək](https://operativmm.az/storage/posts/9c1052f5402f09b.webp)

> Belarus prezidenti Aleksandr Lukaşenko iyunun 2-4-də Çinə səfər edəcək və Çinin sədri Si Cinpinlə görüşəcək. Bu barədə "BelTA" agentliyi Belarus liderinin...

---

**Belarus prezidenti Aleksandr Lukaşenko iyunun 2-4-də Çinə səfər edəcək və Çinin sədri Si Cinpinlə görüşəcək.**

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, bu barədə "BelTA" agentliyi Belarus liderinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Pekin Belarus-Çin münasibətlərinin statusu və inkişaf perspektivləri ilə bağlı dövlət başçıları arasında təkbətək, sonra isə qeyri-rəsmi danışıqlar aparmağı, birgə layihələrin həyata keçirilməsi və çoxtərəfli təşəbbüslərin təşviqi yolu ilə münasibətləri mümkün qədər praktik məzmunla doldurmağı planlaşdırır.

---

Tags: #çin #belarus #çinə #lukaşenko #belta

Source: https://operativmm.az/az/post/lukasenko-iyunun-2-4-de-cine-sefer-edecek/54021
