# "Liverpul"un qapıçısı yayda klubu tərk edə bilər

**Mehman Mirzəzadə** · *2024-11-21T09:52:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/liverpulun-qapicisi-yayda-klubu-terk-ede-biler/43814)

![&quot;Liverpul&quot;un qapıçısı yayda klubu tərk edə bilər](https://operativmm.az/storage/posts/e4576e5b0ff3511.webp)

> "Çelsi" 25 yaşlı irlandiyalı futbolçu üçün təklif hazırlayır. Qapıçının hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub....

---

İngiltərənin "Liverpul" klubunun qapıçısı Kevin Kelleher yayda komandanı tərk edə bilər.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) "The Sun"a istinadən xəbər verir ki, "Çelsi" 25 yaşlı irlandiyalı futbolçu üçün təklif hazırlayır.

Qapıçının hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun dəyərini 20 milyon avro qiymətləndirir.

Qeyd edək ki, K.Kelleher cari mövsüm bütün turnirlərdə 8 matçda iştirak edib, 5 qol buraxıb və 4 dəfə qapısını toxunulmaz saxlayıb.

---

Tags: #çelsi #liverpul #yayda #kelleher

Source: https://operativmm.az/az/post/liverpulun-qapicisi-yayda-klubu-terk-ede-biler/43814
