# "Liverpool" Badeni transfer edə bilər

**Mehman Mirzəzadə** · *2024-11-20T01:42:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/liverpool-badeni-transfer-ede-biler/43713)

![&quot;Liverpool&quot; Badeni transfer edə bilər](https://operativmm.az/storage/posts/b1de0b83a88cf26.webp)

---

"Liverpool" yanvar ayında heyətinə bir müdafiəçi əlavə edə bilər.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xarici KİV-ə istinadən xəbər verir ki, "Liverpool" "Sevilla" forması geyinən Loic Bade ilə maraqlanır.

"Sevillia"nın Bade üçün gözləntisi 30 milyon avro olduğu bildirilib.

Fransız futbolçu Bade bu mövsüm "Sevilla" ilə çıxdığı 9 oyunda 1 məhsuldar ötürmə edib.

Cari bazar dəyəri 20 milyon avro olaraq göstərilən Loic Badenin klubu ilə müqaviləsi 2029-cu ilə qədər davam edir.

---

Tags: #transfer #avro #liverpool

Source: https://operativmm.az/az/post/liverpool-badeni-transfer-ede-biler/43713
