# Lavrov Belarusun ŞƏT-ə daxil olmasını şərh edib

**Afət Ziyadqızı** · *2024-07-04T10:26:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/lavrov-belarusun-set-e-daxil-olmasini-serh-edib/34764)

![Lavrov Belarusun ŞƏT-ə daxil olmasını şərh edib](https://operativmm.az/storage/posts/36cbdd1b0335cec.webp)

---

Rusiya Belarusun İttifaq dövlətinin tərkibində bütün beynəlxalq proseslərdə iştirakında maraqlıdır.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalist Pavel Zarubinlə söhbətində təşkilatın Astanada keçirilən sammitində Belarusun ŞƏT-ə qəbul edilməsinə münasibət bildirib.

"Biz İttifaq dövlətinin vahid cəbhə kimi bütün beynəlxalq proseslərdə iştirakında maraqlıyıq", - Lavrov bildirib.

Belarusun təşkilata qəbulu ilə bağlı müvafiq sənəd iyulun 4-də Astanada keçirilən sammitdə ŞƏT dövlət başçıları tərəfindən imzalanıb. İyulun 3-dən 4-dək Qazaxıstanın paytaxtında Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçirilir.

---

Tags: #xin #rusiya #lavrov #şanxayəməkdaşlıqtəşkilatı #ittifaq

Source: https://operativmm.az/az/post/lavrov-belarusun-set-e-daxil-olmasini-serh-edib/34764
