# Kreml "Zapad-2025" təlimlərini “genişmiqyaslı” və “təsirli” adlandırdı

**Afət Ziyadqızı** · *2025-09-17T17:04:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/kreml-zapad-2025-telimlerini-genismiqyasli-ve-tesirli-adlandirdi/59698)

![Kreml &quot;Zapad-2025&quot; təlimlərini “genişmiqyaslı” və “təsirli” adlandırdı](https://operativmm.az/storage/posts/15ad03eb68258e8.webp)

> Nijni Novqorod vilayətində keçirilən “Zapad-2025” Rusiya-Belarus hərbi təlimləri genişmiqyaslı və təsirli olub. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov...

---

**Nijni Novqorod vilayətində keçirilən “Zapad-2025” Rusiya-Belarus hərbi təlimləri genişmiqyaslı və təsirli olub.**

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.

"Dünən Rusiya Prezidenti Vladimir Putin təlimləri müşahidə etmək üçün Nijni Novqorod şəhərinə uçdu. Təlimlər miqyasına görə heyranedicidir və dövlət başçısı da mühüm bəyanatlar verib", - sözçü qeyd edib.

---

Tags: #belarus #rusiya #dövlətbaşçısı #kreml #novqorod #nijni #zapad

Source: https://operativmm.az/az/post/kreml-zapad-2025-telimlerini-genismiqyasli-ve-tesirli-adlandirdi/59698
