# Konseysao "Yuventus"a keçib

**Mehman Mirzəzadə** · *2024-08-27T14:45:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/konseysao-yuventusa-kecib/38293)

![Konseysao &quot;Yuventus&quot;a keçib](https://operativmm.az/storage/posts/7438c538e5aa296.webp)

> Portuqaliya millisinin və "Portu"nun hücumçusu Fransisko Konseysao bu mövsümün sonuna qədər "Yuventus"a icarəyə verilib. Bu barədə Turin komandasının...

---

Portuqaliya millisinin və "Portu"nun hücumçusu Fransisko Konseysao bu mövsümün sonuna qədər "Yuventus"a icarəyə verilib.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, bu barədə Turin komandasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki,müqavilədə futbolçunun məcburi alınması variantı yer almayıb.

21 yaşlı forvardın Portuqaliya komandası ilə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Ötən mövsüm Konseysao bütün turnirlərdə 43 matçda meydana çıxıb, 8 qol vurub və 8 məhsuldar ötürmə edib.

---

Tags: #yuventus #port #fransisko #konseysao

Source: https://operativmm.az/az/post/konseysao-yuventusa-kecib/38293
