# "Kəpəz" doğma meydanda "Turan Tovuz"u məğlub edib

**OMM Redaksiyası** · *2026-08-30T20:10:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/kepez-dogma-meydanda-turan-tovuzu-meglub-edib/77351)

![&quot;Kəpəz&quot; doğma meydanda &quot;Turan Tovuz&quot;u məğlub edib](https://operativmm.az/storage/posts/kepez-dogma-meydanda-turan-tovuzu-meglub-edib-5a9a01.webp)

> Gəncə şəhər stadionunda baş tutan qarşılaşmada Viktor Stinyanın vurduğu qol ev sahiblərinə 3 xal qazandırdı. Premyer Liqanın III turunda başqa nələr oldu?

---

Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, "Kəpəz" Gəncə şəhər stadionunda "Turan Tovuz"u qəbul edib. Görüş meydan sahibi komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 47-ci dəqiqədə Viktor Stinya vurub.

Günün digər matçında isə "Zirə" öz meydanında "Neftçi"ni qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 20:15-də başlayacaq.

Qeyd edək ki, turun ilk oyunlarında "Qəbələ" "Şamaxı" ilə qolsuz (0:0) heç-heçə edib, "İmişli" isə "Şəfa"ya 1:0 hesabı ilə qalib gəlib. Tura avqustun 31-də keçiriləcək 2 qarşılaşma ilə yekun vurulacaq.

---

Tags: #premyerliqa #gəncə #kəpəz #doğma #tovuz #viktor

Source: https://operativmm.az/az/post/kepez-dogma-meydanda-turan-tovuzu-meglub-edib/77351
