# "Juventus" Alisson Bekkeri transfer etməyə hazırlaşır

**OMM Redaksiyası** · *2026-04-14T19:40:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/juventus-alisson-bekkeri-transfer-etmeye-hazirlasir/70337)

![&quot;Juventus&quot; Alisson Bekkeri transfer etməyə hazırlaşır](https://operativmm.az/storage/posts/juventus-alisson-bekkeri-transfer-etmeye-hazirlasir-a619c7.webp)

> İtaliyanın "Juventus" klubu "Liverpool"un qapıçısı Alisson Bekkeri heyətinə qatmaq üçün danışıqlara başlayıb.

---

İtaliyanın **"Juventus"** klubu transfer bazarında fəallığını artırır.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xarici KİV-ə istinadən xəbər verir ki, Turin təmsilçisi baş məşqçi Luçano Spalletti ilə müqaviləni 2028-ci ilin iyununa qədər uzatdıqdan sonra, indi də komandanın heyətini gücləndirmək üçün hərəkətə keçib.

Klubun yay transfer pəncərəsindəki əsas hədəfi İngiltərənin **"Liverpool"** komandasının qapıçısı Alisson Bekkerdir.

33 yaşlı braziliyalı qolkiperin hazırkı klubu ilə müqaviləsi 2027-ci ilə qədər olsa da, onun artıq bu keçidə ilkin razılıq verdiyi bildirilir.

Məlumata görə, Alissonu İtaliyaya cəlb edən əsas amil vaxtilə **"Roma"**da birlikdə çalışdığı Spalletti ilə yenidən işləmək imkanıdır.

**"Gazzetta dello Sport"** nəşrinin yaydığı xəbərə əsasən, qapıçının nümayəndələri ilə danışıqlar müsbət məcrada davam edir. Turin klubunda bu transferin reallaşacağına dair optimizm artır.

Görünən odur ki, **"Juventus"** rəhbərliyi yeni hədəflərə çatmaq üçün təcrübəli qapıçını yenidən A Seriyasına qaytarmaqda israrlıdır.

---

Tags: #transfer #kiv #futbol #məşqçi #liverpool #alisson #juventus

Source: https://operativmm.az/az/post/juventus-alisson-bekkeri-transfer-etmeye-hazirlasir/70337
