# İran yeni raketləri nə vaxt tətbiq edəcək? SEPAH açıqladı

**Aidə Qurbanlı** · *2026-03-06T14:57:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/iran-yeni-raketleri-ne-vaxt-tetbiq-edecek-sepah-aciqladi/68529)

![İran yeni raketləri nə vaxt tətbiq edəcək? SEPAH açıqladı](https://operativmm.az/storage/posts/iran-yeni-raketleri-ne-vaxt-tetbiq-edecek-sepah-aciqladi-bbbd35.webp)

> İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ və İsrailə qarşı uzaqmənzilli silahların istifadəsi barədə anons verdi. Müasir hərbi texnikanın işə düşəcəyi an yaxınlaşır...

---

**İran** hələlik **ABŞ** və **İsrail** ilə davam edən münaqişədə özünün **"yeni nəsil raketlər"**indən istifadə etməyib.

[“Operativ Məlumat Mərkəzi-OMM”](https://operativmm.az/az)-in **"Sky News"**a istinadən verdiyi xəbərə görə, bu barədə **İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH)** nümayəndəsi rəsmi bəyanat verib.

Məlumata əsasən, Tehran indiyədək yalnız **2012, 2013 və 2014-cü illərdə** istehsal edilmiş silahlardan yararlanıb. Bununla yanaşı, raketlərin istehsalı və yığılması prosesi fasiləsiz rejimdə davam edir.

Nümayəndə xüsusi olaraq vurğulayıb ki, yaxın günlərdə daha müasir və nadir hallarda istifadə olunan **uzaqmənzilli raketlərin** tətbiqi planlaşdırılır.

---

Tags: #iran #abş #islam #sepah #anons

Source: https://operativmm.az/az/post/iran-yeni-raketleri-ne-vaxt-tetbiq-edecek-sepah-aciqladi/68529
