# İran Netanyahunu məhv etməklə HƏDƏLƏDİ

**Mehman Mirzəzadə** · *2024-08-05T14:03:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/iran-netanyahunu-mehv-etmekle-hedeledi/36811)

![İran Netanyahunu məhv etməklə HƏDƏLƏDİ](https://operativmm.az/storage/posts/f43dce11fa3bb00.webp)

> İran Məclisinin (parlament) üzvü Məhəmməd Qasim Osmani Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə...

---

İran Məclisinin (parlament) üzvü Məhəmməd Qasim Osmani Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsinə cavab olaraq İsrailin baş naziri Binyamin Netanyahunu məhv etməklə hədələyib.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

"Ümid edirəm ki, daha bir “Doğru vəd” əməliyyatı İsmayıl Haniyə üçün qan davası olaraq həyata keçiriləcək. Bu zaman Netanyahu məhv ola bilər", - Osmani deyib.

Onun sözlərinə görə, İsrail “o qədər lovğalaşıb” ki, artıq “Tehranda qonağın qanını tökür” və İran Haniyənin intiqamını almaq üçün doğru anı seçəcək.

---

Tags: #iran #başnazir #doğru #ismayıl #osmani

Source: https://operativmm.az/az/post/iran-netanyahunu-mehv-etmekle-hedeledi/36811
