# "iPhone" satışları artıb

**Mehman Mirzəzadə** · *2024-11-01T14:34:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/iphone-satislari-artib/42406)

![&quot;iPhone&quot; satışları artıb](https://operativmm.az/storage/posts/7c91c708926bc4e.webp)

> "Apple" rekord gəlir əldə edib və "iPhone" satışlarının artdığını açıqlayıb. Bu barədə "The Verge" nəşri məlumat yayıb. Dördüncü rübün maliyyə hesabatında...

---

"Apple" rekord gəlir əldə edib və "iPhone" satışlarının artdığını açıqlayıb.

 ["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, bu barədə "The Verge" nəşri məlumat yayıb.

Dördüncü rübün maliyyə hesabatında qeyd edilib ki, gəlir əvvəlki illə müqayisədə 6 faiz artaraq 94,9 milyard dollara çatıb.

Eyni zamanda, şirkət uzun müddətdir davam edən vergi mübahisəsi bitdikdən sonra İrlandiyaya 10,2 milyard dollar ödəməli olub.

"iPhone" satışları 2023-cü ilin dördüncü rübündəki 43,8 milyard dollardan 46,22 milyard dollara çatıb.

Şirkət hələ də bütün istifadəçilər üçün "Apple Intelligence" süni intellekt (AI) alətlərini işə salmayıb, baxmayaraq ki, "Apple"-ın smartfon satışları artıb.

---

Tags: #şirkət #apple #iphone #süniintellekt #nəşri #illə

Source: https://operativmm.az/az/post/iphone-satislari-artib/42406
