# İndoneziya BRİKS-ə qoşuldu

**Mehman Mirzəzadə** · *2025-01-06T21:00:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/indoneziya-briks-e-qosuldu/46293)

![İndoneziya BRİKS-ə qoşuldu](https://operativmm.az/storage/posts/54b847ba48e846e.webp)

> İndoneziya BRİKS-ə tamhüquqlu üzvü kimi qoşulub. Bu barədə assosiasiyaya sədrlik edən Braziliya Xarici İşlər Nazirliyi məlumat yayıb. "Braziliya hökuməti...

---

**İndoneziya BRİKS-ə tamhüquqlu üzvü kimi qoşulub.**

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, bu barədə assosiasiyaya sədrlik edən Braziliya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Braziliya hökuməti bu gün, yanvarın 6-da İndoneziya Respublikasının BRİKS-ə tamhüquqlu üzv kimi rəsmi daxil olduğunu elan edir", - departamentin mətbuat xidmətindən bildirilib.

Bəyanatda həmçinin qeyd olunub ki, İndoneziyanın namizədliyi 2023-cü ilin avqustunda Cənubi Afrikada keçirilən Yohannesburq sammitində təsdiq edilib.

---

Tags: #xin #braziliya #sədrlik #briks

Source: https://operativmm.az/az/post/indoneziya-briks-e-qosuldu/46293
