# İlin əvvəlindən 880 min sosial ödəniş elektron sistem üzərindən proaktiv qaydada təyin edilib

**Mehman Mirzəzadə** · *2025-02-17T11:31:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/ilin-evvelinden-880-min-sosial-odenis-elektron-sistem-uzerinden-proaktiv-qaydada-teyin-edilib/48581)

![İlin əvvəlindən 880 min sosial ödəniş elektron sistem üzərindən proaktiv qaydada təyin edilib](https://operativmm.az/storage/posts/a5fd5db370a1f98.webp)

> Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüd təyinatları elektronlaşdırılıb. Nazirliyin...

---

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüd təyinatları elektronlaşdırılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az)-ə verilən məlumata görə, bu il fevralın 1-dək həmin sosial təminat növləri üzrə 880 min (o cümlədən pensiya üzrə 142 min, müavinət və təqaüdlər üzrə 738 min) təyinat e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Nəticədə vətəndaşların hüquqları yarandığı halda müraciətlərinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan həmin sosial ödənişlər onlara proaktiv qaydada təyin edilib.

---

Tags: #müavinət #sosialmüdafiə #sistem #proaktiv

Source: https://operativmm.az/az/post/ilin-evvelinden-880-min-sosial-odenis-elektron-sistem-uzerinden-proaktiv-qaydada-teyin-edilib/48581
