# İlham Əliyev Tacikistana səfər edəcək

**Mehman Mirzəzadə** · *2023-03-31T14:50:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/ilham-eliyev-tacikistana-sefer-edecek/4762)

![İlham Əliyev Tacikistana səfər edəcək](https://operativmm.az/storage/posts/ddbe763f0e24236.webp)

> Prezident Tacikistan-Azərbaycan İnvestisiya Forumunda iştirak edəcək.  Forumun keçirilməsində məqsəd sənaye, energetika, turizm, nəqliyyat və ixracın...

---

**Azərbaycan Prezidenti İlham Əliyev Tacikistana səfər edəcək.**

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) "ASlA-Plus"a istinadən xəbər verir ki, Prezident Tacikistan-Azərbaycan İnvestisiya Forumunda iştirak edəcək.

Forumun keçirilməsində məqsəd sənaye, energetika, turizm, nəqliyyat və ixracın inkişafı sahələrində investisiya imkanlarını genişləndirmək olduğunu bildirən mənbə hər iki tərəfdən 150-dən çox iştirakçı, o cümlədən nazirlik və idarələrin rəhbərləri və məsul şəxsləri, sahibkarlar, investorların iştirak edəcəyi qeyd edib.

Forum çərçivəsində iki ölkənin dövlət və özəl sektor subyektləri arasında yeni əməkdaşlıq sənədləri imzalanacaq.

---

Tags: #azərbaycanprezidenti #ilhaməliyev #prezident #tacikistan #plus #asla

Source: https://operativmm.az/az/post/ilham-eliyev-tacikistana-sefer-edecek/4762
