# İlham Əliyev: Ermənistan öz tarixində ilk dəfə tranzit ölkəyə çevriləcək

**Aidə Qurbanlı** · *2026-03-12T11:10:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/ilham-eliyev-ermenistan-oz-tarixinde-ilk-defe-tranzit-olkeye-cevrilecek/68729)

![İlham Əliyev: Ermənistan öz tarixində ilk dəfə tranzit ölkəyə çevriləcək](https://operativmm.az/storage/posts/ilham-eliyev-ermenistan-oz-tarixinde-ilk-defe-tranzit-olkeye-2944e7.webp)

> Dövlət başçısı XIII Qlobal Bakı Forumunda Orta Dəhliz və Naxçıvanla bağlı mühüm anonslar verdi. Sülhdən sonra açılacaq yeni nəqliyyat və enerji imkanları nələri vəd edir?

---

Ermənistan öz tarixində ilk dəfə tranzit ölkəyə çevriləcək.

[“Operativ Məlumat Mərkəzi-OMM”](https://operativmm.az/az)-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılışında bəyan edib.

Dövlət başçısı vurğulayıb ki, Ermənistanla sülh bərqərar olduqdan sonra Orta Dəhlizin onun ərazisindən davam etdirilməsi üzərində iş aparılır: "Bu, Azərbaycanın əsas hissəsini dayanıqlı nəqliyyat, enerji və kommunikasiya xətləri vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə birləşdirməyə imkan verəcək. Nəticədə Ermənistan özünün müstəqil tarixində ilk dəfə tranzit ölkəyə çevriləcək".

İlham Əliyev qeyd edib ki, bu, həmin yeni imkandan istifadə etmək istəyən hər kəs üçün uduşlu vəziyyətdir. "Biz Azərbaycanın iki hissəsini nəqliyyat infrastrukturu ilə birləşdiririk və beynəlxalq dəhlizlərin genişlənməsini yaradırıq, bu da bir çox ölkələr üçün faydalı olacaq".

---

Tags: #azərbaycanprezidenti #ilhaməliyev #ermənistan #dövlətbaşçısı #nəqliyyat #tranzit #xiii

Source: https://operativmm.az/az/post/ilham-eliyev-ermenistan-oz-tarixinde-ilk-defe-tranzit-olkeye-cevrilecek/68729
