# Azərbaycan və İordaniya arasında vizasız rejim təsdiqləndi

**Aidə Qurbanlı** · *2026-10-12T15:16:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/iki-olke-arasinda-vizasiz-rejim-tesdiqlendi/82097)

![Azərbaycan və İordaniya arasında vizasız rejim təsdiqləndi](https://operativmm.az/storage/posts/iki-olke-arasinda-vizasiz-rejim-tesdiqlendi-26b558.webp)

> Rəsmi Bakı və Amman arasında imzalanan sazişlə turistlər üçün yeni imkanlar açılır. İordaniyaya səfərlərdə tətbiq olunacaq viza güzəşti ilə bağlı detallar.

---

Azərbaycan və İordaniya arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında saziş təsdiq edilib.

[“Operativ Məlumat Mərkəzi-OMM”](https://operativmm.az/az) xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.

Qeyd edək ki, saziş 2026-cı il iyulun 8-də Bakı şəhərində imzalanmışdı.

---

Tags: #ilhaməliyev #bakı #viza #rejimi #imzalanan

Source: https://operativmm.az/az/post/iki-olke-arasinda-vizasiz-rejim-tesdiqlendi/82097
