# İki İngiltərə nəhəngi Rodriqo ilə maraqlanır

**Mehman Mirzəzadə** · *2025-05-15T11:40:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/iki-ingiltere-nehengi-rodriqo-ile-maraqlanir/53076)

![İki İngiltərə nəhəngi Rodriqo ilə maraqlanır](https://operativmm.az/storage/posts/e91685a534af861.webp)

> Braziliya millisinin və "Real"ın hücumçusu Rodriqo İngiltərə Premyer Liqasına keçə bilər. Bu barədə AS məlumat yayıb. Məlumata görə, 24 yaşlı braziliyalı...

---

Braziliya millisinin və "Real"ın hücumçusu Rodriqo İngiltərə Premyer Liqasına keçə bilər.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Məlumata görə, 24 yaşlı braziliyalı ilə iki top klub maraqlanır.

Söhbət Londonun “Arsenal” və “Mançester Siti” komandalarından gedir.

Futbolçunun "kral" klubu ilə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.

"Transfermarkt" portalı hücumçunun dəyərini 100 milyon avro qiymətləndirir.

---

Tags: #premyerliqa #mançestersiti #braziliya #nəhəngi #rodriqo

Source: https://operativmm.az/az/post/iki-ingiltere-nehengi-rodriqo-ile-maraqlanir/53076
