# Hakan Fidan: "Qəzzadakı müharibə böyüyür, daha da genişlənə bilər"

**Afət Ziyadqızı** · *2024-01-16T14:19:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/hakan-fidan-qezzadaki-muharibe-boyuyur-daha-da-genislene-biler/24285)

![Hakan Fidan: &quot;Qəzzadakı müharibə böyüyür, daha da genişlənə bilər&quot;](https://operativmm.az/storage/posts/bf1cb06244cf01a.webp)

> Qəzzadakı müharibə böyüyür, daha da genişlənə bilər. Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada xorvatiyalı həmkarı Qordan Qrlic ilə...

---

Qəzzadakı müharibə böyüyür, daha da genişlənə bilər.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada xorvatiyalı həmkarı Qordan Qrlic ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, hər kəs müharibənin Liviyaya keçəcəyini düşünürdü, amma müharibə başqa istiqamətə yayıldı: "Döyüşlərin gələcəkdə daha geniş miqyasa keçməsi mümkündür. Biz müharibənin başa çatması üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, İsraillə HƏMAS arasında müharibə ötən il oktyabrın 7-də başlayıb. Savaş üç aydan çoxdur davam edir.

---

Tags: #xin #mətbuatkonfransı #gələ #hakanfidan #qrliç

Source: https://operativmm.az/az/post/hakan-fidan-qezzadaki-muharibe-boyuyur-daha-da-genislene-biler/24285
