# Gürcüstanın DTX rəhbəri istefa verib, yerinə yeni namizəd odur

**Mehman Mirzəzadə** · *2025-04-02T11:38:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/gurcustanin-dtx-rehberi-istefa-verib-yerine-yeni-namized-odur/50727)

![Gürcüstanın DTX rəhbəri istefa verib, yerinə yeni namizəd odur](https://operativmm.az/storage/posts/5bc051f72a3e37b.webp)

> Gürcüstanın baş naziri İrakli Kobaxidze hazırkı ədliyyə naziri Anri Oxanaşvilinin namizədliyini Dövlət Təhlükəsizlik Xidmətinin yeni rəhbəri vəzifəsinə...

---

Gürcüstanın baş naziri İrakli Kobaxidze hazırkı ədliyyə naziri Anri Oxanaşvilinin namizədliyini Dövlət Təhlükəsizlik Xidmətinin yeni rəhbəri vəzifəsinə irəli sürüb.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə brifinqdə deyib.

"Cənab Anri Oxanaşvilinin Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə namizədliyi Gürcüstan parlamentinə təqdim olunacaq", - Kobaxidze bildirib.

Onun sözlərinə görə, Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili səlahiyyət müddətinin başa çatmasına bir neçə ay qalmış vəzifəsini tərk edib.

---

Tags: #başnazir #odur #kobaxidze #dtx #anri

Source: https://operativmm.az/az/post/gurcustanin-dtx-rehberi-istefa-verib-yerine-yeni-namized-odur/50727
