# Fransanın Bakıdakı səfirliyi: Biz Azərbaycan xalqının kədərinə şərikik

**Afət Ziyadqızı** · *2024-02-26T12:52:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/fransanin-bakidaki-sefirliyi-biz-azerbaycan-xalqinin-kederine-serikik/27202)

![Fransanın Bakıdakı səfirliyi: Biz Azərbaycan xalqının kədərinə şərikik](https://operativmm.az/storage/posts/e5e43597086b79a.webp)

> Fransanın Azərbaycandakı səfirliyi Xocalıda baş verən faciəvi hadisələrin ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib. Bu barədə diplomatik...

---

Fransanın Azərbaycandakı səfirliyi Xocalıda baş verən faciəvi hadisələrin ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

“Bu gün Xocalı faciəsini yad edən bütün Azərbaycan xalqının kədərinə şərikik”, - paylaşımda qeyd edilib.

Diplomatik nümayəndəlik vurğulayıb ki, belə vəhşiliklərin bir daha təkrarlanmaması üçün regionda sülhün bərqərar olmasına çalışmaq lazımdır.

---

Tags: #azərbaycan #sosialşəbəkə #bərqərar #faciəvi #nümayəndəlik

Source: https://operativmm.az/az/post/fransanin-bakidaki-sefirliyi-biz-azerbaycan-xalqinin-kederine-serikik/27202
