# Fevral ayının sosial ödənişləri tam yekunlaşdırıldı - DSMF

**Aidə Qurbanlı** · *2026-02-27T11:46:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/fevral-ayinin-sosial-odenisleri-tam-yekunlasdirildi-dsmf/67932)

![Fevral ayının sosial ödənişləri tam yekunlaşdırıldı - DSMF](https://operativmm.az/storage/posts/fevral-ayinin-sosial-odenisleri-tam-yekunlasdirildi-dsmf-064964.webp)

> DSMF pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımların köçürülməsini tam başa çatdırdı. Vətəndaşlar vəsaitləri bank kartlarından dərhal nağdlaşdıra bilərlər.

---

**Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin** tabeliyində fəaliyyət göstərən **Dövlət Sosial Müdafiə Fondu** tərəfindən bu gün **fevral ayının** müavinət, təqaüd və **ünvanlı dövlət sosial yardımları** tam ödənilib.

Nazirlikdən [“Operativ Məlumat Mərkəzi-OMM”](https://operativmm.az/az)-ə verilən rəsmi məlumata əsasən, Fond bu ay üçün nəzərdə tutulan **bütün sosial ödənişləri** artıq başa çatdırıb.

Xatırladaq ki, bundan əvvəl **13 fevral** tarixində **Bakı, Sumqayıt** şəhərləri, **Abşeron rayonu** və **Naxçıvan Muxtar Respublikası** üzrə ödənişlər icra olunmuşdu.

**20 fevralda** isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin **fevral ayı üzrə pensiyaları** vətəndaşların hesablarına köçürülüb.

---

Tags: #müavinət #təqaüd #sosialmüdafiə #bank #dsmf

Source: https://operativmm.az/az/post/fevral-ayinin-sosial-odenisleri-tam-yekunlasdirildi-dsmf/67932
