# "Fənərbaxça" Türkiyə Kubokunun qalibi olub

**Mehman Mirzəzadə** · *2023-06-12T00:20:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/fenerbaxca-turkiye-kubokunun-qalibi-olub/10991)

![&quot;Fənərbaxça&quot; Türkiyə Kubokunun qalibi olub](https://operativmm.az/storage/posts/9a4a9bb4d6fc231.webp)

> İzmirdəki Göztəpə stadionunda keçirilən oyun "Fənərbaxça"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Final oyununun qəhrəmanı dubla imza atan Mişi Batşuayi...

---

"Fənərbaxça" Türkiyə Kubokunun finalında "İstanbul Başakşehir"ə qalib gəlib.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, İzmirdəki Göztəpə stadionunda keçirilən oyun "Fənərbaxça"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Final oyununun qəhrəmanı dubla imza atan Mişi Batşuayi olub. Belçikalı hücumçu 18 yaşlı Arda Gülərin ötürməsi ilə artıq matçın ilk dəqiqəsində ilk qolu vurub. Qarşılaşmanın 29-cu dəqiqəsində Batşuayi komandasının hesabdakı üstünlüyünü ikiqat artırıb.

Beləliklə, "Fənərbaxça" tarixində 7-ci Türkiyə Kubokunu qazanıb.

---

Tags: #türkiyə #fənərbaxça #final #imza #qalibi #istanbul #dubla

Source: https://operativmm.az/az/post/fenerbaxca-turkiye-kubokunun-qalibi-olub/10991
