# “Fənərbaxça” “Erzurumspor”u 3:0 hesabı ilə məğlub etdi

**OMM Redaksiyası** · *2026-11-29T22:22:34+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/fenerbaxca-erzurumsporu-30-hesabi-ile-meglub-etdi/89359)

![“Fənərbaxça” “Erzurumspor”u 3:0 hesabı ilə məğlub etdi](https://operativmm.az/storage/posts/fenerbaxca-erzurumsporu-30-hesabi-ile-meglub-etdi-607c49.webp)

> Trendyol Super Liqasının 13-cü turunda İstanbul təmsilçisi Oğuz Aydın, Skriniar və Qrinvudun qolları ilə qalib gəlib. İlk hissə qolsuz başa çatıb.

---

Trendyol Super Liqasının 13-cü turunda “Fənərbaxça” “Chobani” stadionunda “Erzurumspor FK” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

## İlk hissədə qol olmadı

15-ci dəqiqədə Levent Mercanın zərbəsindən sonra Muricin tamamlamasına qapıçı Ertuğrul imkan verməyib, Skriniarın zərbəsi isə yan tora dəyib. 25-ci dəqiqədə Kerem Aktürkoğlunun yaxın məsafədən vurduğu top Muricə toxunaraq meydandan çıxıb.

40-cı dəqiqədə Rodrigesin uzaqdan zərbəsi dirəyin yanından keçib. Bir dəqiqə sonra Oğuz Aydının ötürməsindən sonra Muricin baş zərbəsi qapının üstündən az fərqlə kənara gedib. İlk yarı qolsuz başa çatıb.

## Üç qol ikinci hissədə vuruldu

53-cü dəqiqədə Qrinvudun ötürməsindən sonra Oğuz Aydın uzaqdan zərbə ilə hesabı açıb. 57-ci dəqiqədə Qrinvudun künc zərbəsindən ötürməsini Skriniar başla qapıya göndərərək fərqi artırıb.

84-cü dəqiqədə İrfan Can Kahvecinin uzaqdan zərbəsi qapının üstündən keçib. 88-ci dəqiqədə isə Kahveçinin uzun ötürməsini qəbul edən Qrinvud cərimə meydançasına daxil olan kimi ayağının xarici ilə zərbə vuraraq yekun hesabı müəyyənləşdirib: 3:0.

---

Tags: #fənərbaxça #OğuzAydın #ErzurumsporFK #TrendyolSuperLiqası #MeysonQrinvud

Source: https://operativmm.az/az/post/fenerbaxca-erzurumsporu-30-hesabi-ile-meglub-etdi/89359
