# Əli Əsədov Qətər səfirliyini ziyarət etdi

**Aidə Qurbanlı** · *2026-07-15T11:10:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/eli-esedov-qeter-sefirliyini-ziyaret-etdi/75449)

![Əli Əsədov Qətər səfirliyini ziyarət etdi](https://operativmm.az/storage/posts/eli-esedov-qeter-sefirliyini-ziyaret-etdi-08fde8.webp)

> Nazirlər Kabinetinin sədri Əli Əsədov Qətərin ölkəmizdəki diplomatik nümayəndəliyində olub. Görüşdə Bakı ilə Doha arasında ikitərəfli əməkdaşlıq müzakirə edilib.

---

Baş nazir Əli Əsədov Qətər Dövlətinin Azərbaycandakı səfirliyində olub.

[“Operativ Məlumat Mərkəzi-OMM”](https://operativmm.az/az) xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Ə.Əsədov Qətər Dövlətinin görkəmli dövlət xadimi, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar səfirlikdə açılan matəm kitabına ürək sözlərini yazıb, Qətərin Azərbaycandakı səfiri ilə söhbət edərək başsağlığı verib.

Xatırladaq ki, Qətər Dövlətinin keçmiş əmiri, ölkəyə 18 il rəhbərlik etmiş Şeyx Həməd bin Xəlifə Al Tani iyulun 12-də 74 yaşında vəfat edib.

---

Tags: #başnazir #nazirlərkabineti #əliəsədov #şeyx #qətər

Source: https://operativmm.az/az/post/eli-esedov-qeter-sefirliyini-ziyaret-etdi/75449
