# Əli Əsədov və Mixail Mişustin arasında telefon danışığı olub

**OMM Redaksiyası** · *2026-05-26T19:06:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/eli-esedov-mixail-misustinle-telefon-danisigi-aparib/72701)

![Əli Əsədov və Mixail Mişustin arasında telefon danışığı olub](https://operativmm.az/storage/posts/eli-esedov-mixail-misustinle-telefon-danisigi-aparib-7e3059.webp)

> Azərbaycanın Baş naziri ilə Rusiya Hökumətinin sədri ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

---

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə telefon vasitəsilə əlaqə saxlayıb. Nazirlər Kabinetindən verilən məlumata görə, tərəflər Azərbaycan-Rusiya münasibətlərinin əsas istiqamətləri və müxtəlif sahələrdə birgə təşəbbüslərin irəlilədilməsi ilə bağlı geniş fikir mübadiləsi aparıblar.

Söhbət zamanı hər iki ölkənin hökumət başçıları ikitərəfli əməkdaşlığın bütün istiqamətlər üzrə ardıcıl şəkildə inkişaf etdirilməsində maraqlı olduqlarını bir daha təsdiqləyiblər.

---

Tags: #telefondanışığı #rusiya #başnazir #nazirlərkabineti #əliəsədov #mixail #hökumət #başnaziri

Source: https://operativmm.az/az/post/eli-esedov-mixail-misustinle-telefon-danisigi-aparib/72701
