# Əli Əsədov BP rəhbərliyi ilə əməkdaşlığı müzakirə etdi

**Aidə Qurbanlı** · *2026-05-12T11:55:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/eli-esedov-bp-rehberliyi-ile-emekdasligi-muzakire-etdi/71885)

![Əli Əsədov BP rəhbərliyi ilə əməkdaşlığı müzakirə etdi](https://operativmm.az/storage/posts/eli-esedov-bp-rehberliyi-ile-emekdasligi-muzakire-etdi-41df45.webp)

> Baş Nazir və Qordon Birrell enerji sektorundakı strateji tərəfdaşlığı, yeni investisiya imkanlarını və dekarbonizasiya planlarını dəyərləndiriblər. Detallar burada.

---

Baş naziri Əli Əsədov BP şirkətinin yeni Baş icraçı direktoru Meq Onilin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

[“Operativ Məlumat Mərkəzi-OMM”](https://operativmm.az/az) xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüş zamanı tərəflər Azərbaycan ilə BP arasında mövcud olan uzunmüddətli və səmərəli tərəfdaşlığın uğurla inkişaf etdiyini məmnunluqla qeyd ediblər.

Qarşılıqlı faydalı əməkdaşlığın M.Onilin fəaliyyəti dövründə daha da genişlənəcəyinə və yeni layihələrlə zənginləşəcəyinə ümidvarlıq ifadə olunub.

BP-nin Azərbaycanda həyata keçirdiyi layihələrin ölkənin enerji sektorunun inkişafında rolu vurğulanıb, əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

---

Tags: #başnazir #nazirlərkabineti #nümayəndəheyəti #əliəsədov #enerji #qordon #başnaziri

Source: https://operativmm.az/az/post/eli-esedov-bp-rehberliyi-ile-emekdasligi-muzakire-etdi/71885
