# Dibala A Seriyasında yubiley qolu vurub

**Mehman Mirzəzadə** · *2024-02-03T12:03:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/dibala-a-seriyasinda-yubiley-qolu-vurub/25487)

![Dibala A Seriyasında yubiley qolu vurub](https://operativmm.az/storage/posts/ceabc6c82c307c4.webp)

> İtaliya çempionatının iyirmi ikinci turunda "Salernitana" - "Roma" (1:2) matçında Paulo Dibala fərqlənib. Argentinalı penaltidən hesabı açdı və məlum oldu...

---

İtaliya çempionatının iyirmi ikinci turunda "Salernitana" - "Roma" (1:2) matçında Paulo Dibala fərqlənib.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, argentinalı penaltidən hesabı açdı və məlum oldu ki, bu, A Seriyasında Argentina təmsilçilərinin yubiley - 4000-ci qolu idi. Argentina belə yüksək göstəriciyə çatan ilk xarici ölkə olub.

Siyahıda ikinci yeri İtaliya futbolunun yüksək liqasında 2537 qolu olan Braziliya, üçüncü yeri isə İsveç tutur - 1420 qol. Nəhayət, Uruqvay 1106 qolla dördüncü yerdədir.

---

Tags: #italiya #argentina #roma #yubiley #qolu #iyirmi #paulo

Source: https://operativmm.az/az/post/dibala-a-seriyasinda-yubiley-qolu-vurub/25487
