# Ceyhun Bayramov xorvatiyalı həmkarı ilə görüşüb, regional məsələləri müzakirə edib

**OMM Redaksiyası** · *2023-09-06T13:21:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/ceyhun-bayramov-xorvatiyali-hemkari-ile-gorusub-regional-meseleleri-muzakire-edib/16675)

![Ceyhun Bayramov xorvatiyalı həmkarı ilə görüşüb, regional məsələləri müzakirə edib](https://operativmm.az/storage/posts/c74ad4b8774350f.webp)

> Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov xorvatiyalı həmkarı Qordan Qrliç-Radmanla görüşüb, regional məsələləri müzakirə edib. Bununla bağlı...

---

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov xorvatiyalı həmkarı Qordan Qrliç-Radmanla görüşüb, regional məsələləri müzakirə edib.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, bununla bağlı Azərbaycan XİN-in rəsmi "X" hesabında paylaşım edilib.

"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Xorvatiyanın xarici və Avropa işləri naziri Qordan Qrliç-Radmanın geniş tərkibdə görüşü olub. Görüşdə Azərbaycan və Xorvatiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq və regional məsələlər müzakirə edilib",- paylaşımda qeyd edilib.

---

Tags: #xin #azərbaycanxin #ceyhunbayramov #avropaittifaqı #qrliç

Source: https://operativmm.az/az/post/ceyhun-bayramov-xorvatiyali-hemkari-ile-gorusub-regional-meseleleri-muzakire-edib/16675
