# Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Maltaya gedib

**Mehman Mirzəzadə** · *2024-12-04T10:18:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/ceyhun-bayramov-atet-xin-surasinin-iclasinda-istirak-etmek-ucun-maltaya-gedib/44512)

![Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Maltaya gedib](https://operativmm.az/storage/posts/2d0b8e83483ead3.webp)

> Dekabrın 4-də xarici işlər naziri Ceyhun Bayramov Malta Respublikasının paytaxtı Valetta şəhərinə işgüzar səfərə yola düşüb. Bu barədə Xarici İşlər...

---

Dekabrın 4-də xarici işlər naziri Ceyhun Bayramov Malta Respublikasının paytaxtı Valetta şəhərinə işgüzar səfərə yola düşüb.

 ["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında iştirakı və çıxışı, habelə tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

---

Tags: #xin #ceyhunbayramov #atət #malta

Source: https://operativmm.az/az/post/ceyhun-bayramov-atet-xin-surasinin-iclasinda-istirak-etmek-ucun-maltaya-gedib/44512
