# Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüb

**Əli Məmmədli** · *2023-06-21T14:55:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/ceyhun-bayramov-atet-in-fealiyyetde-olan-sedri-ile-gorusub/11749)

![Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüb](https://operativmm.az/storage/posts/9d6f4328d111d99.webp)

---

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani ilə görüşüb.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, bu barədə Azərbaycanın XİN rəhbəri “Twitter“də yazıb.

Nazir qeyd edib ki, Bujar Osmani ilə səmərəli görüş baş tutub:

“ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani ilə Ukraynanın bərpası ilə bağlı konfrans çərçivəsində görüşdən məmnun oldum. Biz Azərbaycan-Makedoniya ikitərəfli münasibətlərinin gündəliyini, ATƏT çərçivəsində əməkdaşlığı, eləcə də regionumuzdakı münaqişədən sonrakı vəziyyəti müzakirə etdik”, - deyə Bayramov yazıb.

---

Tags: #azərbaycan #xin #ceyhunbayramov #atət #bujar #osmani

Source: https://operativmm.az/az/post/ceyhun-bayramov-atet-in-fealiyyetde-olan-sedri-ile-gorusub/11749
