# Bu ölkədə “iPhone 16”-nın satışına qadağa qoyuldu

**Mehman Mirzəzadə** · *2024-10-25T17:30:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/bu-olkede-iphone-16-nin-satisina-qadaga-qoyuldu/42056)

![Bu ölkədə “iPhone 16”-nın satışına qadağa qoyuldu](https://operativmm.az/storage/posts/5b4743923c6b75f.webp)

> İndoneziyada “iPhone 16” smartfonlarının satışına qadağa qoyulub. Bu barədə “Antara” agentliyi ölkənin Sənaye Nazirliyinə istinadən yazıb. Agentliyin...

---

**İndoneziyada “iPhone 16” smartfonlarının satışına qadağa qoyulub.**

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, bu barədə “Antara” agentliyi ölkənin Sənaye Nazirliyinə istinadən yazıb.

Agentliyin məlumatına görə, Amerikanın "Apple" korporasiyası komponentlərin uyğunluğu üzrə milli sertifikatın tələblərinə əməl edənə qədər ticarət məhdudiyyətləri qüvvədə qalacaq.

Qeyd olunur ki, şəxsi istifadə üçün nəqliyyat vasitələrinin ekipaj üzvləri və sərnişinləri tərəfindən smartfonların, eləcə də poçt vasitəsilə göndərilən cihazların ölkəyə gətirilməsinə icazə verilir.

---

Tags: #ticarət #nəqliyyat #sənaye #apple #iphone #ekipaj #edənə

Source: https://operativmm.az/az/post/bu-olkede-iphone-16-nin-satisina-qadaga-qoyuldu/42056
