# Braziliyada sel və torpaq sürüşməsi 54 can aldı

**Afət Ziyadqızı** · *2023-02-25T10:28:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/braziliyada-sel-ve-torpaq-surusmesi-54-can-aldi/2008)

![Braziliyada sel və torpaq sürüşməsi 54 can aldı](https://operativmm.az/storage/posts/d3c541d5d400691.webp)

> Braziliyanın San-Paulu əyalətində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində ölənlərin sayı 54 nəfərə çatıb. Axtarış-xilasetmə işlərinin...

---

Braziliyanın San-Paulu əyalətində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində ölənlərin sayı 54 nəfərə çatıb.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, axtarış-xilasetmə işlərinin davam etdiyi əyalətdə itkin düşənlərin tapılmasına hərbi helikopterlər də dəstək verir.

Daşqın və sürüşmə nəticəsində 1815 nəfərin evsiz qaldığı, 3 min nəfərin isə fəlakət bölgəsindən təxliyə edildiyi açıqlanıb.

---

Tags: #torpaq #leysan #sel #paul

Source: https://operativmm.az/az/post/braziliyada-sel-ve-torpaq-surusmesi-54-can-aldi/2008
