# Braziliyada daşqın nəticəsində ölənlərin sayı 150-yə yüksəlib

**OMM Redaksiyası** · *2024-05-16T22:19:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/braziliyada-dasqin-neticesinde-olenlerin-sayi-150-ye-yukselib/32173)

![Braziliyada daşqın nəticəsində ölənlərin sayı 150-yə yüksəlib](https://operativmm.az/storage/posts/77d353215b217e2.webp)

---

Braziliyada leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 150-yə, itkin düşənlərin sayının isə 112-yə yüksəldiyi bildirilib.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Belə ki, ölkənin cənubundakı Rio Qrande-du-Sul əyalətində iki həftədir davam edən yağışların səbəb olduğu daşqınlar səbəbindən can və mal itkiləri artır.

Açıqlamada yaralananların sayının 807-yə yüksəldiyi və seldən zərər çəkənlərin sayının 2 milyon 120 mini, köçkünlərin sayının isə 620 mini keçdiyi bildirilib. Fəlakət bölgəsindən 80 min insanın xilas edildiyi, axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

---

Tags: #kiv #mini #leysan #daşqın #qrande

Source: https://operativmm.az/az/post/braziliyada-dasqin-neticesinde-olenlerin-sayi-150-ye-yukselib/32173
