# BMT Baş katibi İrana qarşı hərbi hücumları kəskin pisləyib

**OMM Redaksiyası** · *2026-02-28T19:08:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/bmt-bas-katibi-irana-qarsi-herbi-hucumlari-keskin-pisleyib/68069)

![BMT Baş katibi İrana qarşı hərbi hücumları kəskin pisləyib](https://operativmm.az/storage/posts/bmt-bas-katibi-irana-qarsi-herbi-hucumlari-keskin-pisleyib-e2bb28.webp)

> Antoniu Quterreş Yaxın Şərqdəki gərginliyin beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid yaratdığını bəyan edib.

---

**Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş ABŞ və İsrail tərəfindən İran ərazisinə endirilən raket zərbələrini pisləyən bəyanatla çıxış edib.**

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xarici KİV-ə istinadən xəbər verir ki, Baş katib Yaxın Şərqdə artan hərbi eskalasiyadan dərin narahatlığını ifadə edib.

Quterreş qeyd edib ki, güc tətbiqi və buna cavab olaraq regionda həyata keçirilən hərbi addımlar qlobal sabitliyi sarsıdır:

> **"Mən Yaxın Şərqdəki bugünkü hərbi eskalasiyanı pisləyirəm. Güc tətbiqi və qarşılıqlı hərbi zərbələr beynəlxalq sülh və təhlükəsizliyə zərbə vurur"**.

O, tərəfləri dərhal hərbi əməliyyatları dayandırmağa və gərginliyin azaldılması üçün addımlar atmağa çağırıb.

---

Tags: #iran #abş #başkatibi #bmt #israil #birləşmişmillətlər #quterreş #antoniu #eskalasiya #YaxınŞərq #müharibə

Source: https://operativmm.az/az/post/bmt-bas-katibi-irana-qarsi-herbi-hucumlari-keskin-pisleyib/68069
